Valeri Zalujnı Ukraynanın NATO-ya üzvlük perspektivini mənfi qiymətləndirib

1 Min Read

Ukraynanın Böyük Britaniyadakı səfiri, general Valeri Zalujnı ölkəsinin NATO-ya üzvlük yolunu perspektivsiz hesab etdiyini bildirib.

“Yevropeyskaya Pravda” qəzetinin məlumatına görə, diplomat 12 ildir NATO standartlarının tətbiqində iştirak etdiyini, lakin Ukraynanın heç vaxt Alyansa qoşulmayacağını vurğulayıb.

Zalujnının sözlərinə görə, əsas maneə Ukrayna Silahlı Qüvvələrinin inkişaf səviyyəsi ilə İkinci Dünya Müharibəsi doktrinalarına əsaslanan təşkilata inteqrasiyasının mümkün olmamasıdır. Səfir NATO-nun mövcud potensialını aşağı qiymətləndirərək əlavə edib ki, Ukraynanın Rusiya Federasiyası səviyyəsinin yarıdan çoxuna çatması üçün lazım olan standartlara yiyələnməsi təxminən 12 il vaxt aparacaq.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş