Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığı olub.
Türkiyə mediasının məlumatına görə, tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Səudiyyə Ərəbistanına edilən hücumlarla bağlı başsağlığı verib və Ankaranın regionda davamlı sülhün bərqərar olması, eləcə də sabitliyin təmin edilməsi üçün səylərini davam etdirdiyini qeyd edib.
İzmedia.az
![]()

