Yerli medianın verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına birgünlük işgüzar səfər edəcək. Səfər çərçivəsində Türkiyə dövlət başçısının Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar aparacağı gözlənilir.
“Reuters” agentliyinin mənbələrə istinadən yaydığı məlumata əsasən, görüşün yekununda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli birgə müdafiə müqaviləsi imzalanacaq.
İzmedia.az
![]()

