“Khaosod” xəbər agentliyinin verdiyi məlumata görə, Taylandın Nonthaburi əyalətində, Banqkok şəhərinin şimalında yerləşən məktəblərin birində şagird atəş açıb. Hadisə zamanı müəllim həlak olub, hücum edən şagird isə daha sonra intihar edib.
Məlumata əsasən, atışma nəticəsində azı 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Polis və təcili yardım briqadaları əraziyə cəlb olunub, şagird və müəllimlər təxliyə edilib.
Hüquq-mühafizə orqanları faciənin səbəblərini və təfərrüatlarını müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırmalara başlayıb.
İzmedia.az
![]()

