“BBC News”un verdiyi məlumata görə, İspaniya İtaliyadan gələn sərnişinlərə müvəqqəti sərhəd nəzarəti tətbiq etməyə başlayıb. Yerli vaxtla gecə yarısından etibarən qüvvəyə minən və sentyabrın 7-dək davam etməsi planlaşdırılan tədbirlər çərçivəsində İtaliyadan hava və dəniz yolu ilə gələn şəxslərin pasport, vətəndaşlıq və vizaları yoxlanılır.
Madridin bu addımı İtaliyanın bir həftə əvvəl tətbiq etdiyi analoji məhdudiyyətlərə cavab reaksiyasıdır. Roma Şimali Afrikadakı İspaniya anklavı Seutaya Mərakeşdən kütləvi miqrant axınından sonra təhlükəsizlik risklərini əsas gətirərək İspaniyadan gələn sərnişinlərə Şengen qaydalarını dayandırmışdı. İspaniyanın məhdudiyyətləri ləğv etmək tələbini rədd edən İtaliya hökuməti yoxlamaların ən azı avqustun 15-dək qüvvədə qalacağını bəyan edib.
Aİ-nin Miqrasiya üzrə Komissarı Maqnus Brunner kütləvi sərhəd keçidlərində dezinformasiya yayan cinayətkar şəbəkələrin rolu olduğunu bildirib. Seutaya daxil olan miqrantların əksəriyyəti Mərakeşə qaytarılsa da, baş verənlər Pedro Sançes və Giorgi Meloni hökumətləri arasında miqrasiya siyasəti üzrə fikir ayrılıqlarını daha da kəskinləşdirib.
İzmedia.az
![]()

