Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 132 nəfəri ötüb

1 Min Read

CNN-in məlumatına görə, Kolumbiyanın qərbində baş vermiş 7,4 bal gücündə zəlzələ nəticəsində azı 132 nəfər həlak olub, 570 nəfər isə yaralanıb.

Xilasetmə əməliyyatları davam etdikcə bu rəqəmlərin artacağı ehtimal olunur.

Hökumət ölkədə fövqəladə vəziyyət elan edib və həmin bölgəyə hərbi qulluqçular göndərib.

Ölkədə 86 bina dağılıb, yeddi aeroportun fəaliyyəti dayandırılıb. Kali şəhərində isə azı 188 nəfər itkin düşmüş hesab olunur.

Xatırladaq ki, həmin ərazidə daha əvvəl, 1999-cu ildə də zəlzələ baş vermiş və təqribən 1200 nəfərin ölümü ilə nəticələnmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş