Səudiyyə Ərəbistanına husi hücumları turniri təhdid edir: Avstraliya Asiya Kuboku öncəsi təhlükəsizlik rejimini gücləndirib

1 Min Read
Avstraliya Futbol Federasiyası (Football Australia) Yəməndəki husilərin Səudiyyə Ərəbistanı ərazisinə təşkil etdiyi raket və PUA hücumlarından sonra 2027-ci il Asiya Kubokunun keçiriləcəyi ev sahibi ölkədəki təhlükəsizlik vəziyyətini diqqətlə izlədiyini bəyan edib. Qurumun mətbuat katibi AFP agentliyinə açıqlamasında bildirib ki, futbolçuların, texniki heyətin və azarkeşlərin təhlükəsizliyi prioritet məsələdir və yanvar ayında keçiriləcək turnir öncəsi risklərin qiymətləndirilməsi davam etdirilir.
Xatırladaq ki, Yaxın Şərqdə kəskinləşən hərbi gərginlik idman yarışlarına da təsirsiz ötüşmür. Bazar ertəsi günü Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” klubunun Asiya Çempionlar Liqası matçı Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə qüvvələrinin Ər-Riyad səmasında husilərə məxsus raketi zərərsizləşdirməsi səbəbindən bir saat gecikdirilib. Yanvarın 7-də start götürməsi nəzərdə tutulan Asiya Kubokunun Ər-Riyad, Ciddə və Əl-Xubar şəhərlərində təşkili planlaşdırılır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş