Böyük Britaniyadan İsrailə sanksiya siqnalı: Nazirlər və hərbi ixracat hədəfdədir

1 Min Read
Böyük Britaniya Xarici İşlər Nazirliyi işğal olunmuş Qərb Şəriyədə məskunlaşma hərəkatında iştirak edən şəxslərə və təşkilatlara qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir. “Middle East Eye” nəşrinin yaydığı məlumata görə, rəsmi London bu istiqamətdə növbəti addımları müzakirə edir.
Bundan əlavə, ötən il ifrat sağçı nazirlər İtamar Ben-Qvir və Bezalel Smotriçə qarşı tətbiq edilmiş məhdudiyyətlərdən sonra, İsrail hökumətinin digər üzvlərinin də sanksiya siyahısına salınması ehtimalı masadadır.
Müzakirə olunan digər mühüm mövzu isə İsrailə hərbi təyinatlı məhsulların ixracına qadağa qoyulması ilə bağlıdır. Bildirilir ki, bu məsələ ətrafında danışıqlar aparılsa da, hələlik yekun və konkret qərar qəbul edilməyib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş