Cəlilabad rayonunda sakin özünə bıçaqla xəsarət yetirib.
İzmedia.az xəbər verir ki, hadisə Uzuntəpə kəndində baş verib. 1992-ci il təvəllüdlü Mehtiyev Tural Rauf oğlu qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin həyati təhlükə yaratmadığı bildirilir.
Hadisənin səbəbləri araşdırılır.
![]()

