Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun ABŞ-ı Cənubi Çin dənizində gərginliyi artırmağı və qarşıdurmanı təhrik etməyi dayandırmağa çağırıb. “Xinhua” agentliyinin məlumatına görə, diplomat bu bəyanatı ABŞ Dövlət Departamentinin Huanqyan adasında Çinin təbiət qoruğu yaratması və filippinli balıqçıların əraziyə daxil olmasını qadağan etməsi ilə bağlı tənqidlərinə cavab olaraq verib.
Quo Ciakun Huanqyan adasının Çinin ərazisi olduğunu və orada qoruq yaradılmasının Pekinin suveren yurisdiksiyasına aid edildiyini bildirib. O, Vaşinqtonun 2016-cı il arbitraj qərarına əsaslanaraq Filippini müdafiə etmək hüququnun olmadığını vurğulayıb və ABŞ-ı dəniz məsələlərindən Çini ləkələmək üçün istifadə etməməyə çağırıb.
İzmedia.az
![]()

