Pekin Vaşinqtonu Cənubi Çin dənizində gərginliyi artırmamağa çağırıb

1 Min Read
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun ABŞ-ın bu sahədəki siyasətini tənqid edərək, Vaşinqtonu Cənubi Çin dənizində gərginliyi artırmağı və qarşıdurmanı təhrik etməyi dayandırmağa çağırıb. “Xinhua” agentliyinin məlumatına görə, diplomat bu bəyanatı ABŞ Dövlət Departamentinin Huanqyan adasında (Skarboro rifində) Çinin təbiət qoruğu yaratması və filippinli balıqçıların əraziyə girişini məhdudlaşdırması ilə bağlı ittihamlarına cavab olaraq verib.
Quo Ciakun Huanqyan adasının Çinin tarixi ərazisi olduğunu və orada qoruq yaradılmasının Pekinin suveren hüququna daxil edildiyini vurğulayıb. Çin XİN nümayəndəsi ABŞ-ı 2016-cı il arbitraj qərarına istinad etməyi və Cənubi Çin dənizi məsələsindən Çinə qarşı istifadə etməyi dayandırmağa çağırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş