Çin təyyarəsi Krasnoyarska təcili eniş edib

1 Min Read

“Kommersant” qəzetinin Fövqəladə Hallar Nazirliyi və hava limanının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Pekindən Mançesterə uçan “Hainan Airlines” şirkətinə məxsus “Airbus A330-300” təyyarəsi Krasnoyarsk hava limanına təcili eniş edib.

Eniş uğurla və xəsarətsiz baş tutub. Sərnişinlərə və heyət üzvlərinə lazımi köməklik göstərilir, hava limanında xarici dil bilən mütəxəssislər fəaliyyət göstərir. Ekipajın təcili eniş etmək qərarının səbəbi hələlik açıqlanmayıb. Sərnişinlərin təyinat nöqtəsinə çatdırılması üçün Krasnoyarska ehtiyat təyyarə göndərilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş