Rusiya ötən mövsüm qlobal bazara təxminən 46,5 milyon ton buğda tədarük edərək dünya liderliyini saxlayıb.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) hesabatına əsasən, Avropa İttifaqı 31,5 milyon tonla ikinci, Kanada isə 29,6 milyon tonla üçüncü pillədə qərarlaşıb. Yüksək göstərici Rusiyada məhsuldarlığın artması (2025-ci ildə 91,1 milyon ton) və ənənəvi alıcıların idxal tələbatının yüksəlməsi ilə bağlıdır.
Dövr ərzində Türkiyəyə buğda ixracı 2,2 dəfə artaraq 7,3 milyon tona, Sudana isə 2 dəfə artaraq 2,2 milyon tona çatıb. Həmçinin Misir (6%) və İsrail (21%) də alışı artıran ölkələr sırasındadır.
“Agroexport” analitiklərinin bildirdiyinə görə, mövsümün əsas hadisələrindən biri İraq bazarının aktivləşməsi olub. Əvvəlki mövsümdə bu ölkəyə cəmi 82 min ton buğda göndərildiyi halda, 2025/26-cı illərdə bu rəqəm rekord həddə — 560 min tona yüksəlib.
İzmedia.az
![]()

