Rusiyalı sürücülər növbəti yanacaq böhranı ilə üzləşiblər. “İzvestiya” nəşrinin monitorinq məlumatlarına əsasən, ölkə üzrə yanacaqdoldurma məntəqələrinin (YDM) yalnız 28,1%-ində benzin mövcuddur.
Avqustun 16-na olan göstərici bir həftə əvvəllə müqayisədə kəskin azalıb — öncəki həftə YDM-lərin 41%-ində yanacaq tapmaq mümkün idi. Qıtlıq xüsusilə Volqoqrad, Çelyabinsk, Orenburq, Voronej, Samara, Penza, Saratov, Lipetsk, Rostov vilayətlərində və Tatarıstanda qeydə alınıb.
Böhranın əsas səbəbləri kimi neft emalı zavodlarındakı planlaşdırılmamış təmir işləri və ağır logistika problemləri göstərilir. İstehsal həcminin kifayət qədər olmasına baxmayaraq, benzinin bir çox bölgələrə çatdırılmasında ciddi çətinliklər yaşanır.
Qeyd edək ki, Rusiyada yanacaqdoldurma məntəqələrində bənzər ilk növbə dalğası may ayının sonunda başlamış və təxminən bir ay yarım davam etmişdi.
İzmedia.az
![]()

