Trampın reytinqi rekord həddə düşdü: Amerikalılar İranla müharibədən narahatdır

1 Min Read
“Reuters/Ipsos” agentliyinin keçirdiyi son rəy sorğusuna əsasən, ABŞ Prezidenti Donald Trampın reytinqi onun hakimiyyət dövrünün ən aşağı səviyyəsinə geriləyib.
Sorğu nəticələri göstərir ki, amerikalıların böyük əksəriyyəti ABŞ-İran müharibəsinin uzunmüddətli xarakter alacağından ciddi narahatlıq keçirir. Respondentlərin yalnız 33%-i Trampın Ağ Evdəki fəaliyyətini müsbət qiymətləndirib, 64%-i isə narazılığını ifadə edib.
Ayın əvvəlində 35% təşkil edən bu göstərici hazırda prezidentin həm birinci, həm də ikinci hakimiyyəti dövründə qeydə alınan en aşağı reytinq xalı hesab olunur.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş