ABŞ-də Meta-ya qarşı tarixi məhkəmə başladı: Şirkəti 1.4 trilyon dollarlıq iddia gözləyir

2 Min Read
Birləşmiş Ştatların Oklend (Kaliforniya) federal məhkəməsində “Meta Platforms” (Facebook və Instagram) şirkətinə qarşı ölkə tarixinin en böyük məhkəmə proseslərindən biri başlayıb.
Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi ştatlarının rəhbərliyi tərəfindən irəli sürülən iddiada şirkət uşaqların və yeniyetmələrin psixi sağlamlığına zərər vurmaqda, onları platformada asılı vəziyyətə salacaq xüsusi alqoritmlərdən istifadə etməkdə və 13 yaşdan kiçik uşaqların şəxsi məlumatlarını valideyn icazəsi olmadan toplamaqda ittiham olunur.

Məhkəmə prosesinin əsas təfərrüatları:

  • İddiaçı ştatlar: 2023-cü ildə ümumilikdə 29 ştat Meta-ya qarşı iddia qaldırsa da, hazırkı ilk məhkəmə baxışında 4 öncül ştat (Kaliforniya, Kolorado, Kentukki, Nyu-Cersi) təmsil olunur.
  • Mümkün maliyyə zərbəsi: Şirkətin hesablamalarına görə, nəzəri olaraq maksimum cərimə məbləği 1.4 trilyon dollara çata bilər. İddiaçı ştatların prokurorları residesə real cərimənin 200 milyard dollar civarında ola biləcəyini ehtimal edirlər.
  • Biznes modelinin dəyişdirilməsi tələbi: Mark Sukerberq (Mark Zuckerberg) üçün ən böyük təhlükə cərimələrdən ziyadə, məhkəmənin Facebook və Instagram-ın iş prinsiplərinə — yəni “sonsuz sürüşdürmə” (infinite scroll), bəyənmə (“like”) düymələri və bildiriş mexanizmlərinə birbaşa müdaxilə etmək qərarı ola bilər.
  • Nüfuzlu şahidlər: Məhkəmə prosesində Mark Sukerberq, Instagram-ın rəhbəri Adam Mosseri və Meta-nın keçmiş təhlükəsizlik rəhbərlərinin şahid qismində ifadə verməsi gözlənilir.
Meta tərəfi ittihamları rədd edərək yeniyetmələrin təhlükəsizliyi üçün platformada yüzlərlə funksiya və məhdudiyyət tətbiq etdiyini bildirir. Məhkəmə prosesinin 6 ilə 8 həftə arasında davam edəcəyi gözlənilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş