Rumıniya sərhədində Həyəcan: Ukrayna tərəfindən daxil olan PUA yerə düşərək yanğın törətdi

1 Min Read
Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 20-nə keçən gecə ölkənin hərbi radar sistemləri Ukrayna ilə sərhəd yaxınlığında bir qrup hava hədəfini qeydə alıb.
Hava məkanındakı vəziyyəti nəzarətdə saxlamaq üçün İspaniya Hərbi Hava Qüvvələrinə məxsus iki “F-18” qırıcı təyyarəsi və Rumıniyanın “IAR-330 SOCAT” helikopteri dərhal havaya qaldırılıb.
Sərhədi pozaraq Rumıniya hava məkanına daxil olan pilotsuz uçuş aparatı Qrindu kəndindən təxminən 4 kilometr şimal-şərqdə, kimsəsiz ərazidə yerə çırpılıb. Qəza nəticəsində ərazidə yanğın baş versə də, insident zamanı xəsarət alan və ya dağıntı qeydə alınmayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş