Avstraliya İsrailin qərarına sərt tepki verdi: “Cinayət işinin bağlanması qəbuledilməzdir”

1 Min Read
Avstraliyanın xarici işlər naziri Penni Vonq İsrail hökumətinin “World Central Kitchen” humanitar təşkilatının əməkdaşı Zomi Frankcom və onun 6 həmkarının ölümü ilə bağlı cinayət işi açmamaq qərarına sərt etirazını bildirib. Nazir İsrailin Avstraliyadakı səfiri Hillel Neumannı Xarici İşlər Nazirliyinə çağıraraq bu qərarın Kanberranın gözləntilərinə tamamilə zidd olduğunu diqqətə çatdırıb.
Penni Vonq hücumla bağlı cavabsız qalan suallara diqqət çəkərək, ilk zərbədən sonra döyüş qaydaları pozularaq iki dəqiqəlik fasilələrlə daha iki zərbənin endirilməsinin səbəbinin hələ də izah olunmadığını vurğulayıb. O, həmçinin yuxarı komandanlığın briqada komandirinə konvoya atəş açmamaq barədə göstəriş verməsinə və hadisənin humanitar zonada baş verməsinə baxmayaraq hücumun nədən reallaşdırılmasına aydınlıq gətirilmədiyini qeyd edib.
Avstraliya hökuməti hesab edir ki, yalnız iki zabitin vəzifədən kənarlaşdırılması və üç zabitə töhmət verilməsi 7 humanitar işçinin ölümü üçün kifayət qədər məsuliyyət daşımır. Nazir Avstraliyanın Zomi Frankcom və onun həmkarları üçün ədalətin bərpa olunması məqsədilə İsrailə təzyiqləri davam etdirəcəyini bəyan edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş