Yaponiyada bir ildən çox davam edən fasilədən sonra növbəti ölüm hökmü asılmaqla icra edilib.
2009-cu ildə Osaka şəhərində paçinko (qumar) salonunu benzinlə yandıraraq dörd müştəri və bir işçinin ölümünə səbəb olan 58 yaşlı Sunao Takami edam olunub. 2011-ci ildə məhkəmə heyəti müdafiə tərəfinin ruhi xəstəlik iddiasını rədd edərək ona ölüm cəzası kəsmişdi.
Yaponiya və ABŞ Böyük Yeddilik (G7) ölkələri arasında ölüm cəzasını saxlayan yeganə dövlətlərdir. Ölkədə məhkumlara edam hökmü haqqında cəmi bir neçə saat əvvəl xəbər verilir. Sözügedən hadisədən öncəki son edam keçən ilin iyun ayında 9 nəfəri qətlə yetirən “Twitter qatili” ləqəbli Takahiro Şiraişi barəsində icra olunmuşdu.
İzmedia.az
![]()

