Ukrayna Prezidenti Vladimir Zelenski 24 Avqust Müstəqillik Günü münasibətilə xalqa müraciətində ABŞ və şəxsən Donald Trampın Rusiyanın müharibəni bitirmək niyyətləri ilə bağlı bütün illüziyalarını itirdiyini bəyan edib.
Zelenski Rusiyanın sülh deyil, səfərbərlik istədiyini vurğulayaraq cəbhə xəttini qorumaq üçün ordunun gücləndirilməsinin vacibliyini qeyd edib: “Putin ümid edir ki, biz yorğunuq… Siz bütün Ukraynanı, bütün torpağımızı almaq istəyirdiniz, amma neft emalı zavodlarınızı, donanmanızı, gəlirinizi və bütün bir nəsli itirdiniz. İyirmi yeddi ildir ki, Rusiya lideri böyüklükdən danışır, Rusiya isə benzin üçün növbədə dayanır”.
Dövlət başçısı Vaşinqtonun hərbi dəstək qərarlarına da toxunaraq, ABŞ-ın Ukraynaya silah yardımında əvvəllər “qeyri-mümkün” görünən addımları sonradan reallaşdırdığını xatırladıb: “Biz sizdən bizim üçün vuruşmağınızı istəmirik. Bu müharibəni dayandırmaq üçün Ukraynaya əlinizdən gələni edin”.
İzmedia.az
![]()

