Böyük Britaniyanın Baş naziri Endi Bernhem ilk xarici səfərini Kiyevə edib

1 Min Read

Böyük Britaniyanın Baş naziri Endi Bernhem hökumət başçısı kimi ilk xarici səfərini Ukraynaya gerçəkləşdirib. Avqustun 24-də Ukraynanın Müstəqillik Gününə təsadüf edən səfər zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə dair mühüm qərar elan olunub.
Bernhem Britaniya hökumətinin “MBDA” müdafiə konserninə “SCALP/Storm Shadow” uzunmənzilli raketlərində istifadə olunan Böyük Britaniya istehsalı komponentlər haqqında məxfi məlumatları açıqlamağa icazə verdiyini bəyan edib. Bu addım Fransanın dəstəyi ilə Ukrayna ərazisində sözügedən raketlərin montaj xətlərinin qurulmasını və gələcəkdə Ukraynanın öz uzunmənzilli raket istehsalını təşkil etməsini hədəfləyir.
Səfər çərçivəsində Böyük Britaniya Baş nazirinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməsi və paytaxtda digər müttəfiq ölkələrin liderlərinin iştirakı ilə keçirilən “Könüllülər Koalisiyası”nın ilk iclasına həmsədrlik etməsi nəzərdə tutulub.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş