“Bloomberg”: Moskva danışıqların çıxılmaz vəziyyətə düşdüyünü düşünür, yeni hücumlara hazırlaşır

1 Min Read

“Bloomberg” agentliyinin Kremlə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya rəhbərliyi müharibənin dayandırılması ilə bağlı danışıqlar prosesinin faktiki olaraq çıxılmaz vəziyyətə düşdüyü qənaətinə gəlib. Bu səbəbdən Moskva Ukraynaya qarşı hərbi hücumların intensivliyini artırmağı planlaşdırır.
Mənbələr bildirir ki, Rusiya ordusu Kiyevin mərkəzi də daxil olmaqla, paytaxtdakı mühüm infrastruktur obyektlərinə və digər iri şəhərlərə ballistik raket zərbələrini gücləndirmək imkanlarını nəzərdən keçirir.
Vurğulanır ki, Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar, eləcə də Ukrayna PUA-larının Rusiyanın neft emalı zavodlarına və logistika şəbəkələrinə yetirdiyi ciddi ziyan Vladimir Putini müharibəni dayandırmağa məcbur etməyəcək. Moskva Ukrayna tərəfindən endirilən zərbələri birbaşa NATO ölkələrinin hücumu kimi dəyərləndirir, çünki Alyans Kiyevə silahla yanaşı kəşfiyyat məlumatları da təmin edir.
“Bloomberg” yazır ki, mövcud hərbi eskalasiya hələ son hədd deyil. ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqları cəhdləri isə fevral ayından — diqqətin İrandakı münaqişəyə yönəlməsindən sonra dondurulmuş vəziyyətdə qalır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş