Rusiya Prezidenti Vladimir Putin Çinin Tibet Muxtar Bölgəsində (Xizang) Çin-Nepal sərhədində baş verən dəhşətli palçıq sürüşməsi və insan tələfatı ilə bağlı Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu ünvanlayıb.
Kremlin rəsmi portalında yer alan bəyanatda deyilir:
“Çinin Tibet Muxtar Bölgəsində baş verən palçıq sürüşmələrinin faciəvi nəticələri ilə bağlı dərin hüznlə başsağlığı vermək istəyirəm. Xahiş edirəm, bu təbii fəlakətdə ailə üzvlərini və ya yaxınlarını itirənlərə başsağlığı və dəstəyimi çatdırın. Həmçinin zərər çəkənlərin hamısına tezliklə sağalmalarını arzulayıram.”
Xatırladaq ki, fəlakət Çin-Nepal sərhədində yerləşən Gironq keçid məntəqəsi ərazisində qeydə alınıb. Sürüşmə nəticəsində yüzlərlə insan itkin düşüb, Çin tərəfində axtarış-xilasetmə tədbirləri yüksək səviyyəli fövqəladə rejim çərçivəsində davam etdirilir.
İzmedia.az
![]()

