Peskovdan Avropa İttifaqına sərt xəbərdarlıq: “Rusiya bütün hüquqi alətlərdən istifadə edəcək”

1 Min Read

Kremlin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının bir sıra ölkələrinin dondurulmuş Rusiya aktivlərindən Ukraynaya yardım məqsədilə müsadirə edilib istifadə olunması təşəbbüslərini bərpa etmək planlarına reaksiya verib.
Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya aktivlərinin hər hansı formada müsadirəsi tamamilə qanunsuzdur:
“Rusiya öz maraqlarını qorumaq və bu cür qərarları qəbul edənlərə, həmçinin onları həyata keçirənlərə qarşı hüquqi adımlar atmaq üçün bütün alətlər arsenalından istifadə edəcək. Bunlar tamamilə qanunsuz hərəkətlər olardı və ciddi hüquqi nəticələrə səbəb olacaq.”
Xatırladaq ki, “Financial Times” nəşrinin verdiyi məlumata görə, İsveç, Niderland, İspaniya və Polşa dondurulmuş Rusiya aktivlərindən Kiyevə dəstək üçün hüquqi mexanizmlərin tapılması təşəbbüsünü bərpa ediblər. Həmin ölkələr Belçikanın tətbiq etdiyi veto qərarını aşa biləcək alternatvlərin araşdırılması üçün Avropa Komissiyasına müraciət ünvanlamağı planlaşdırır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş