“Toyota” və “Honda” Kanadadakı istehsal xətlərini bağlaya bilər – “Reuters”

1 Min Read
Birləşmiş Ştatlar prezidenti Donald Trampın Kanada avtomobillərinin idxalına təklif etdiyi rüsumlar 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minərsə, Yaponiyanın “Toyota” və “Honda” konsernləri Kanadadakı bəzi istehsal xətlərini bağlamaq məcburiyyətində qala bilər.
“Reuters” agentliyinin analitiklərə istinadən verdiyi məlumata görə, Vaşinqtonun Kanadadan idxal edilən avtomobil, avtomobil hissələri və polada 50 faizlik tarif tətbiq etmək qərarı ən çox Yapon istehsalçılarına zərbə vuracaq. Qeyd olunur ki, Kanadada buraxılan bütün avtomobillərin dörddə üçündən çoxu məhz “Toyota” və “Honda”nın payına düşür.
“Barclays” ekspertlərinin qiymətləndirməsinə görə, ölkədə istehsal olunan avtomobillər ötən il “Honda”nın ABŞ-dəki satışlarının təxminən dörddə birini, “Toyota”nın satışlarının isə 17 faizini təşkil edib. Bu da digər iri avtomobil nəhənglərinin göstəricilərindən xeyli yüksəkdir.
Xatırladaq ki, ticarət danışıqlarının iflasa uğramasından sonra Tramp rüsumların artırılacağını bəyan edib. Cavab olaraq Kanadanın Baş naziri Mark Karni sentyabrın 8-dən etibarən ABŞ-yə karşı adekvat tariflərin tətbiq olunacağını açıqlayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş