Hörmüz boğazında tanker minaya düşərək alovlanıb

1 Min Read

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Tasnim” agentliyinə verdiyi məlumata görə, Hörmüz boğazında dənizdən qanunsuz keçməyə cəhd edən tanker iki dəniz minasına dəyərək alovlanıb.

Ordu tərəfindən yayılan rəsmi açıqlamada bildirilir ki, qaydaları pozan və boğazın cənub hissəsindən icazəsiz keçməyə çalışan gəmi minayla toqquşmadan sonra hərəkətini tamamilə dayandırıb.

İİKK nümayəndələri Hərbi Dəniz Qüvvələrinin keçid və hərəkət qaydalarına riayət etməyin məcburi olduğunu bir daha xatırladıblar. Hərbçilər xəbərdarlıq edərək gəmiçilik şirkətlərini ABŞ ordusunun təxribatlarına uymamağa, heyətlərin həyatını və əmlakını təhlükəyə atmamağa çağırıblar.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş