“Associated Press” (AP) agentliyinin Yaxın Şərq rəsmilərinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının davamlı raket və dron hücumları fonunda hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket tutucu ehtiyatlarının kritik həddə çatdığını bəyan edib.
Məlumata görə, Krallıq Fransa, Böyük Britaniya, Pakistan və Misirə müraciət edərək, husilər və İran yönümlü digər qruplaşmaların hücumlarından qorunmaq üçün bölgəyə əlavə HHM vasitələrinin yerləşdirilməsini xahiş edib.
Ər-Riyadın əsas hərbi tərəfdaşı olan ABŞ-ın özündə də İranla altı aydır davam edən hərbi gərginlik səbəbindən analoji raket ehtiyatlarının azalması Səudiyyə Ərəbistanını digər müttəfiqlərinə üz tutmağa məcbur edib. Hərbi analitiklər bildirirlər ki, Səudiyyə Ərəbistanı yalnız hərbi bazaları və dövlət obyekti hesab olunan binaları deyil, həm də ölkə daxilindəki strateji neft infrastrukturunu qorumaq məcburiyyətində qaldığı üçün HHM resursları həddindən artıq gərginləşib.
İzmedia.az
![]()

