“Reuters” agentliyinin Nepalın Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Orqanına istinadən verdiyi məlumata görə, ölkənin şimal rayonlarında baş verən dəhşətli daşqınlar nəticəsində həlak olanların sayısı 900 nəfəri ötüb.
Açıqlanan son rəsmi hesabatda fəlakət qurbanlarının sayının 903-ə çatdığı bildirilir.
Təbii fəlakət çərşənbə günü səhər saatlarında Çin tərəfindən gələn güclü su və palçıq axınının Bhote Koşi çayında səviyyəni həddindən artıq qaldırması və məcrasından çıxarması nəticəsində baş verib. Fəlakətə bölgədə qeydə alınan zəlzələ və onun ardınca meydana gələn kütləvi torpaq sürüşmələrinin səbəb olduğu bildirilir. Əvvəlki hesabatlarda 781 nəfərin öldüyü, 2 mindən çox insanın isə itkin düşdüyü qeyd olunmuşdu.
İzmedia.az
![]()

