Türkiyənin Ədliyyə Nazirliyi bildirib ki, İstanbuldakı İsrail konsulluğuna edilən hücumdan sonra İŞİD-ə qarşı əməliyyat başlayıb və nəticədə təxminən 200 nəfər həbs olunub.
Məlumata görə, çərşənbə axşamı baş verən silahlı hücum zamanı bir hücumçu öldürülüb, iki nəfər və iki polis əməkdaşı yaralanıb. Türkiyə Prezident Administrasiyası terror təhdidlərinə qarşı mübarizəni davam etdirəcəyini bildirib.
“Türkiye”-nin yazdığına görə, İstanbulun Levent rayonunda polis nəzarət məntəqəsinə edilən hücumdan sonra Baş Prokurorluğun koordinasiyası ilə 34 əyalətdə eyni vaxtda əməliyyatlar keçirilib.
Əməliyyatlar nəticəsində 273 şübhəli barəsində tədbir görülüb, onlardan 198 nəfəri saxlanılıb.
İzmedia.az
![]()

