İİKK Bəhreyn, İordaniya, İraq və Küveytdəki ABŞ bazalarına cavab zərbələri endirildiyini açıqlayıb

2 Min Read
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəsmi informasiya resurslarında yayımlanan bəyanata əsasən, Amerika Birləşmiş Ştatlarının İran ərazisinə təşkil etdiyi son hava hücumlarına cavab olaraq İordaniya, İraq, Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi bazalarına raket və dronlarla adekvat zərbələr endirilib.
İİKK tərəfindən yayılan məlumatda bildirilir ki, xüsusilə Küveytdəki “Əli əl-Salim” hava bazasına endirilən zərbələr nəticəsində Birləşmiş Ştatların komandanlıq qərargahı, iqamətgahı, habelə hərbi PUA-lar üçün nəzərdə tutulmuş anqarlar və buraxılış qurğuları hədəfə alınıb, bir neçə pilotsuz aparat sıradan çıxarılıb. Eyni zamanda, İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbil bölgəsindəki ABŞ hərbi mövqelərinə də kütləvi raket və dron hücumları təşkil olunub.
İran tərəfi Küveyt xalqına müraciət edərək, mübarizənin yalnız ABŞ-ın regiondakı hərbi mövcudluğuna və işğalçılıq siyasətinə qarşı yönəldiyini vurğulayıb. Bəyanatda Vaşinqton qüvvələrinin Küveytdən tam çıxarılması və “sionist rejimin” təsirinin aradan qaldırılması tələb edilib.
Öz növbəsində, Küveyt Silahlı Qüvvələri Hava Hücumundan Müdafiə qüvvələrinin hava hücumlarının böyük hissəsini dəf etdiyini açıqlayıb. Küveyt rəsmiləri paytaxtda dron hücumu nəticəsində yaşayış binasında yanğın baş verdiyini, lakin təcili yardım xidmətlərinin müdaxiləsi ilə alovun söndürüldüyünü və mülki əhali arasında xəsarət alanların olmadığını bildiriblər.
Paralel olaraq, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 1-də başlayan və İranda təxminən 100 hərbi hədəfi əhatə edən kütləvi zərbələr seriyasının uğurla başa çatdığını elan edib. “Axios” portalının məlumatına görə, Prezident Donald Trampın təsdiqlədiyi yeni “tankerə qarşı tanker” strategiyası çərçivəsində ABŞ PUA-ları ilk dəfə olaraq İran hökumətinə ait iki neft tankerinin mühərrik bölmələrinə dəqiq raket zərbələri endirib. Əməliyyatlar zamanı İİKK-ya məxsus radar sistemləri, HHM vasitələri, dəniz bazaları və rabitə qovşaqları məhv edilib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş