Türkiyədə inflyasiya mart ayından bəri ən aşağı səviyyəyə düşüb

1 Min Read
Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, avqust ayında ölkədə illik istehlak inflyasiyası yavaşlayaraq mart ayından bəri ən aşağı göstəriciyə — 31,51%-ə enib. İyul ayında bu rəqəm 31,75% təşkil edirdi. Qeyd olunan göstərici “Trading Economics” analitiklərinin 31,62%-lik proqnozundan da aşağı olub.
Ay ərzində qida və alkoqolsuz içkilərdə qiymət artımı 33,79%-ə (iyulda 37,53%), geyim və ayaqqabıda 13,16%-ə, mənzil-kommunal xidmətlərdə 39,77%-ə, restoran və otellərdə isə 31,16%-ə geriləyib. Əksinə, spirtli içki və tütün məhsullarının bahalaşması 30,42%-ə, nəqliyyat xidmətlərində isə 35,08%-ə yüksəlib.
Bununla yanaşı, avqustda aylıq istehlak inflyasiyası may ayından bəri ən yüksək həddə çataraq 1,84% (iyulda 1,78%) olub. İstehsalçı qiymətləri indeksi (ÜFE) isə illik müqayisədə 27,83%-dən 27,95%-ə, aylıq ifadədə isə 1,52%-dən 2,57%-ə qalxıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş