Estoniyanın müdafiə naziri Ukraynaya sursat alınması ilə bağlı qalmaqala görə istefa verib

1 Min Read
Estoniyanın müdafiə naziri Hanno Pevkur Ukrayna üçün sursat alınmasında yaranan qalmaqal və cinayət işinin açılmasından sonra istefa verdiyini açıqlayıb. Pevkur “Aktuaalne kaamera” verilişində bütün müdafiə sektoru üzrə siyasi məsuliyyəti üzərinə götürdüyünü bildirib, lakin müqavilələrin detallarını araşdırmağın onun vəzifəsi olmadığını qeyd edib.
Məlumata görə, Estoniya Dövlət Müdafiə İnvestisiya Mərkəzi (RKIK) Ukrayna üçün artilleriya mərmilərinin alınması məqsədilə İtaliyada qeydiyyatdan keçmiş “Datasel SRL” şirkətinə 70 milyon avro avans köçürüb. Lakin şirkətin heç vaxt silah təchizatı ilə məşğul olmayan hindistanlı iş adamlarına məxsus örtük təşkilat olduğu ortaya çıxıb və sursatlar çatdırılmayıb.
Estoniyanın Baş naziri Kristen Mixal Pevkurun şəxsi günahının olmadığını, lakin siyasi məsuliyyətin zəruriliyini vurğulayıb. Mərmilərin ilk partiyası çatdırılmadan eyni təchizatçıya yenidən sifariş verən RKIK-in keçmiş rəhbərliyi və işçiləri əsas məsuliyyət daşıyan tərəf kimi göstərilir.
2022-ci ildən nazir postunu tutan Pevkurun istefası sentyabrın 14-də parlament tərəfindən təsdiqlənənədək o, vəzifəsini icra etməyə davam edəcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş