Astarada başına boru düşən Cəlilabad sakini ölüb

1 Min Read

Cəlilabad sakini Astarada bədbəxt hadisə nəticəsində ölüb

İzmedia.az – ın verdiyi xəbərə görə hadisə Astara rayonunun dağ kəndi olan Təxtənəkəranda qeydə alınıb. Belə ki, Cəlilabad rayon Vənlik kənd sakini Ramin Simran oğlu Kərimov vətəndəşa məxsus həyətyani sahədə artezian qazarkən başına boru düşüb. R.Kərimovun yanında işləyən həmkəndliləri onu təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırıblar. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Həkiməqədər ölüm faktı qeydə alınıb.

 

Qeyd edək ki, mərhum ailəli olub və himayəsində iki azyaşlı övladı var.

 

Faktla bağlı araşdırma aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş