Tanzaniya Prezidentinin həyat yoldaşı Hafid Ameir Həsən vəfat edib

1 Min Read
Tanzaniya Prezidenti Samia Suluhu Həsənin əri Hafid Ameir Həsən ürək xəstəliyindən Zənzibar adasındakı xəstəxanada vəfat edib. Yerli “The Citizen” qəzetinin 7 sentyabr tarixli məlumatına görə, bu barədə ölkənin vitse-prezidenti Deoqratius Ndejembi rəsmi açıqlama verib.
Dövlət başçısının həyat yoldaşı yerli vaxtla təxminən saat 08:00-da Zənzibardakı “Emilio Mzena” Xəstəxanasında dünyasını dəyişib. Hazırda Kizimkazi kəndində dəfn mərasiminə hazırlıq işləri aparılır.
İxtisasca aqronom olan Hafid Ameir Həsən ictimai tədbirlərdə nadir hallarda görünürdü. O, 1978-ci ildə Samia Suluhu Həsən ilə ailə həyatı qurmuşdu və cütlüyün dörd övladı var.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş