Cəlilabad rayonunun Muğan kəndi ərazisində, köhnə Ələt-Astara yolunda ağac küləyin təsirindən qırılaraq yolun hərəkət hissəsinə düşüb.
İzmedia.az xəbər verir ki, hadisə nəticəsində yolun hərəkətində müəyyən çətinlik yaranıb. Hadisə yerində ağacın yoldan götürülməsi istiqamətində tədbirlər görülür.
Xəsarət alanlar və ya hər hansı nəqliyyat vasitəsinə ziyan dəyməsi barədə məlumat yoxdur.
Əlavə məlumat veriləcək.
![]()

