Rusiya Xarici İşlər Nazirliyi Macarıstanın 10 rusiyalı diplomatı ölkədən qovmaq qərarına mütənasib şəkildə cavab veriləcəyini bildirib. “TASS” agentliyinə istinadən xəbər verilir ki, diplomatik idarə rəsmi Budapeştin bu addımına adekvat reaksiya verildiyini təsdiqləyib.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Anita Orban Budapeştdəki Rusiya Səfirliyinin 10 əməkdaşının diplomatik statusa uyğun gəlməyən fəaliyyət göstərdiklərini iddia edərək, onların “persona non grata” (arzuolunmaz şəxs) elan edildiyini və ölkədən çıxarıldığını açıqlamışdı.
Moskvanın yaxın günlərdə analoji addım ataraq Macarıstanın Rusiyadakı səfirliyinin 10 əməkdaşını ölkədən qovacağı və müvafiq notanı Budapeştə təqdim edəcəyi gözlənilir.
İzmedia.az
![]()

