İraq ərazi sularında neft tankerinə dron hücumu olub

1 Min Read
İraqın ərazi sularında təxminən 2 milyon barel yanacaq yağı daşıyan “New Andros” tankerinə dron hücumu edilib. “Reuters” agentliyinin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, Panama bayrağı altında üzən gəmidə hücum nəticəsində yanğın baş verib. Hadisə çərşənbə günü yerli vaxtla saat 06:00 radələrində qeydə alınıb. Təcrübəli 22 nəfərlik heyət üzvündən xəsarət alan olmayıb.
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə şimali Fars və Oman körfəzlərində bir sıra ticarət gəmilərinin atəşə tutulduğunu və xəsarət alanların olduğunu bildirib. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Rəşid limanından 24 dəniz mili məsafədə lövbərdə duran başqa bir gəmi naməlum mərmi ilə vurulduqdan sonra su almağa başlayaraq əyilib.
İran tərəfi çərşənbə günü Hörmüz boğazında 10 gəmiyə hücum etdiyini açıqlayıb. Tehran bu addımı ABŞ tərəfindən İranın beş neft tankerinin batırılmasına cavab olaraq atdığını bəyan edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş