Gürcüstan parlamentinin sədri: “Hökuməti devirmək cəhdinə Brüssel icazə vermişdi”

1 Min Read
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili 2025-ci il oktyabrın 4-də ölkədə hökuməti devirmək üçün edilən uğursuz cəhdin Brüsselin “yaşıl işıq” yandırmasından sonra baş verdiyini bildirib.
Spiker “Facebook” hesabında Aİ-nin BMT-dəki nümayəndəsi Mişel Servon d’Ursonun Gürcüstandakı “özbaşına həbslər” və “repressiyalar”la bağlı tənqidlərinə cavab verərək qeyd edib ki, bu cür bəyanatlar Brüsselin siyasətinin çıxılmaz vəziyyətə düşdüyünü göstərir. Papuaşvili Aİ-nin mövqeyini müharibənin bitməsindən xəbərsiz olaraq hələ də döyüş planlayan əsgərə bənzədib.
Parlament sədri vurğulayıb ki, Brüssel münasibətləri normallaşdırmaq istəyirsə, iflasa uğramış inqilabi ssenariyə aqressiv ritorika və informasiya dəstəyi verməkdən imtina etməlidir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş