Donald Tramp: “İranla müharibə seçkilərdən dərhal sonra başa çatmalıdır”

1 Min Read

ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına verdiyi müsahibədə İranla münaqişənin gələcək perspektivləri barədə diqqətçekən bəyanatlar verib. Ağ Ev rəhbəri bildirib ki, hərbi əməliyyatlar noyabrda keçiriləcək seçkilərdən dərhal sonra başa çatmalıdır, lakin hərbi vəziyyətdən asılı olaraq müharibənin səsvermə gününədək də yekunlaşması istisna deyil.

Tramp İranın raket potensialına da toxunaraq etiraf edib ki, qarşı tərəf hər zaman raket zərbələri endirmək imkanına malikdir: “Onların çoxlu raketləri var və həmişə müəyyən miqdarda raket ehtiyatları olacaq”.

Bununla yanaşı, ABŞ Prezidenti Yaxın Şərqin strateji dəniz dəhlizinə nəzarəti əllərində saxladıqlarını vurğulayıb. O, Hörmüz boğazına Amerika qüvvələrinin tam nəzarət etdiyini bildirərək zarafatla əlavə edib: “Mən onu ‘Tramp boğazı’ adlandırıram. Biz ‘Tramp boğazı’na tam nəzarət edirik”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş