Avropa Komissiyası Ukraynanın hava hücumundan müdafiə sistemləri, raketlər, dronlar və elektron müharibə vasitələri ilə təmin olunması məqsədilə 6,1 milyard avro həcmində yeni yardım paketini rəsmən təsdiqləyib. Bu maliyyələşmə Aİ-nin Ukraynaya Dəstək Krediti (“Ukraine Support Loan”) proqramı çərçivəsində ayrılıb.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bildirib ki, bu qərar Ukraynaya müdafiə imkanlarını artırmağa və xüsusilə raket zərbələrindən qorunmaq üçün həyati əhəmiyyət kəsb edən “Patriot” hava hücumundan müdafiə kompleksləri və onlar üçün “PAC-3” raket-ləvazimatlarını maneəsiz əldə etməyə şərait yaradacaq.
Avropa İttifaqının Müdafiə və Kosmos üzrə komissarı Andrius Kubilius qeyd edib ki, prosedurlara edilən xüsusi istisnalar sayəsində Kiyev həm yerli PUA istehsalını maliyyələşdirə, həm də NATO mexanizmləri vasitəsilə ABŞ istehsalı olan “Patriot” raketlərini təcili qaydada ala biləcək.
İzmedia.az
![]()

