Yerli medianın məlumatına görə , Qazaxıstanda KTMT ölkələrinin birgə hərbi təlimləri başlayıb .
Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan 1500 hərbçi dağlıq ərazilərdə təhdidlərə qarşı sürətli cavab əməliyyatları hazırlayır. Ermənistan təlimlərdə iştirak etmir.
Təlim zamanı hərbçilər dörd ölkənin qərargah və ordularının birgə hazırlığını və koordinasiyasını təkmilləşdirirlər.
Qazaxıstan Müdafiə Nazirliyi qeyd edib ki, “təlim hər il keçirilir və birgə əməliyyatların səviyyəsini artırmaq və Kollektiv Sürətli Yerləşdirmə Qüvvələrinin birgə tapşırıqları yerinə yetirməyə hazırlığını gücləndirmək məqsədi daşıyır”.
Təlimlər sentyabrın 13-dən 18-dək Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hava-Desant Hücum Qüvvələrinin komandanı polkovnik Maxsut Hüseynovun rəhbərliyi altında keçiriləcək. Təlimlərdə 115 pilotsuz uçuş aparatı da daxil olmaqla 300-dən çox silah, hərbi və xüsusi texnika iştirak edir.
İzmedia.az
![]()

