Dmitri Peskov son brifinqdə Vladimir Putin ilə Viktor Orban arasında iddia olunan sızdırılmış telefon danışığı, Yaxın Şərqdə atəşkəs və Ukrayna danışıqlarına qayıdış perspektivlərini şərh edib.
Peskov bildirib ki, sızdırılmış söhbətin mətnində Moskva ilə Budapeşt arasında münasibətlərə zərər verə biləcək məqamlar yoxdur və Orban “praqmatik və təsirli siyasətçi” kimi təqdim olunur. Kreml sözçüsü bu cür şəxsi danışıqların ictimailəşdirilməsindən narazı olduqlarını da vurğulayıb.
Ukrayna məsələsinə toxunan Peskov qeyd edib ki, münaqişənin həlli ilə bağlı proseslər və İran məsələsi birbaşa bağlı deyil, lakin ABŞ-ın eyni zamanda hər iki istiqamətdə danışıqlarda iştirakı müəyyən əlaqə yarada bilər. O, Vaşinqtonun Ukrayna danışıqlarına daha çox diqqət ayıracağına ümid etdiklərini deyib və ABŞ-ın səylərini, o cümlədən Donald Tramp-ın rolunu qiymətləndirib.
Yaxın Şərq məsələsində isə Kreml diplomatik həllin tərəfdarı olduğunu bir daha bəyan edib və ABŞ ilə İran arasında atəşkəsi müsbət addım kimi qiymətləndirib. Peskov tərəfləri silahlı qarşıdurmadan çəkinməyə və danışıqlar yolu ilə kompromis axtarmağa çağırıb.
Kreml nümayəndəsi həmçinin yaxın günlərdə ABŞ və İran arasında birbaşa təmasların qurulacağına ümid etdiklərini bildirib.
İzmedia.az
![]()

