Nepalda daşqın fəlakəti: Ölənlərin sayı 1400-ə çatır, 4 min nəfər itkin düşüb

1 Min Read
Nepalda təxminən üç həftə əvvəl baş verən dağıdıcı daşqınlar nəticəsində həlak olanların sayı 1400 nəfərə yaxınlaşıb. EFE agentliyinin çərşənbə axşamı verdiyi məlumata görə, fəlakət zonasında daha 4000-dən çox şəxs itkin düşmüş hesab olunur.
Təbii fəlakətin miqyasının həddindən artıq böyük olması səbəbindən qurbanların böyük əksəriyyəti şəxsiyyəti dəqiqləşdirilmədən dəfn edilib. İndiyədək yalnız 103 nəfərin kimliyi rəsmi təsdiqləndikdən sonra dəfn mərasimi keçirilib. Aidiyyəti qurumlar mənsubiyyəti bəlli olmayan cəsədlərdən və itkin düşənlərin qohumlarından DNT nümunələri götürərək identifikasiya işlərini davam etdirir.
Həmçinin bildirilir ki, fəlakət baş verən gündən bəri 4 mindən çox insanla, o cümlədən 610 əcnəbi vətəndaşla əlaqə saxlamaq mümkün olmayıb.
Xatırladaq ki, avqustun 26-da meydana gələn daşqına Nepalın yüksək dağlıq ərazisindəki buzlaqların birdən-birə çökməsi səbəb olub. Buz, qaya və palçıq kütləsindən ibarət nəhəng sürüşmə Çinin sərhəd bölgəsinə də ciddi zərər vurub. Çin rəsmilərinin məlumatına görə, sərhədin o tərəfində 43 nəfər həlak olub, 261-i 23 ölkənin vətəndaşı olmaqla 519 nəfər itkin düşüb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş