Nikolay Patruşev Varşavanı təhdid edib: “Polşa dövlətçiliyi iki-üç günə son tapacaq”

1 Min Read
Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev “Argumentı i Faktı” (aif.ru) nəşrinə verdiyi müsahibədə Polşa rəhbərliyinin ünvanına sərt hərbi və siyasi təhdidlər səsləndirib. Patruşev Varşavanı Rusiyaya qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə ölkənin bir dövlət kimi mövcudluğuna son qoyulacağı ilə hədələyib.
Kreml rəsmisi bildirib ki, Polşa Rusiyaya qarşı birbaşa hərbi toqquşmaya girərsə, Moskva sərəncamında olan bütün qüvvə və vasitələr arsenalını işə salacaq. Onun sözlərinə görə, belə bir ssenaridə Polşa dövlətçiliyi cəmi iki-üç gün ərzində məhv olacaq.
Patruşev Polşanın xarici işlər naziri Radoslav Sikorskinin ölkəsinin və NATO-nun Rusiyaya qarşı hərbi üstünlüyə malik olması barədə bəyanatlarını “qeyri-peşəkar” adlandırıb. O iddia edib ki, Varşava Rusiya ordusunun Ukraynadakı xüsusi hərbi əməliyyat zamanı öz hərbi potensialının zərrə qədər də olsa tam gücündən istifadə etmədiyini anlamır.
Rusiya liderinin köməkçisi Sikorskinin “anti-Rusiya isteriyası” fonunda tarixin dərslərini unutduğunu, İkinci Dünya müharibəsindən sonra SSRİ-nin Polşa suverenliyinin bərpasındakı rolunu tapdaladığını və Varşavanı yenidən eyni tarixi səhvlərə sürüklədiyini əlavə edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş