Aİ 13 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan etməyə hazırlaşır

2 Min Read
Avropa Komissiyasının başçısı Ursula fon der Leyen Strasburqda Avropa Parlamentində illik “Aİ-nin vəziyyəti” mözusunda çıxışı zamanı 13 yaşınadək uşaqların sosial şəbəkələrdən, onlayn oyunlardan və çatbotlardan istifadəsini qadağan edən yeni qanunvericilik təşəbbüsü ilə çıxış edib.
Komissiya rəhbəri böyük texnologiya şirkətlərinin (Big Tech) təsirinə qarşı daha sərt addımların atılmasının vacibliyini bəyan edib:
“Bir çoxlarının ‘Big Tech’ şirkətlərinin gücünü qarşısıalınmaz hesab etdiyinin fərqindəyəm. Amma mən bununla razılaşmıram. Asılılıq yaradan funksiyalara, uşaqlarımızın getdikcə daha ekstremist məzmunlara cəlb olunmasına göz yummaq məcburiyyətində deyilik.”
Fon der Leyen, həmçinin süni intellekt vasitəsilə azyaşlı qızların seksual xarakterli saxta fotolarının (deepfake) yaradılması və yayılması təhlükəsinə də diqqət çəkib.
13–15 yaşlılar üçün “mini-hesablar” tətbiq olunacaq
Təklif olunan yeni modelə əsasən, şəxsi sosial media hesabı açmaq yaşı 15 kimi müəyyən edilir:
  • 13 yaşa qədər: Sosial media, çatbot və onlayn oyunlara tam qadağa.
  • 13–15 yaş arası: Yalnız valideynlərin nəzarəti altında idarə olunan, məhdud funksiyalı və vaxt məhdudiyyəti olan “mini-hesablar”.
Bu təşəbbüs fon der Leyenin yaratdığı onlayn uşaq təhlükəsizliyi üzrə xüsusi ekspert qrupunun iyul ayında təqdim etdiyi tövsiyələrə əsaslanır.
Siyasi reaksiyalar və alqoritmlərin söndürülməsi təklifi
Təklif Aİ-yə üzv dövlətlər və Avropa Parlamenti tərəfindən müzakirə olunacaq. Avropa Xalq Partiyasının (ən böyük fraksiya) rəhbəri Manfred Veber də təşəbbüsü dəstəkləyərək, Avstraliya təcrübəsinə uyğun olaraq istifadəçilərə sosial media alqoritmlərini istəyə bağlı olaraq ləğv etmək hüququnun verilməsini təklif edib:
“İlon Maskın bundan xoşu gəlməyəcək, lakin bəlkə də bu addımı atmaq üçün elə ən yaxşı səbəb də budur.”
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş