Filippinin vitse-prezidenti Sara Duterte barəsində verilmiş həbs qərarından sonra girov müqabilində azadlığa buraxılıb. O, prezident Ferdinand Markosu və daha iki şəxsi öldürməklə bağlı təhdidlər səsləndirməkdə ittiham olunur. Duterte ittihamları qəbul etmədiyini bildirir. Hadisə Filippində prezident və vitse-prezident arasında onsuz da gərgin olan siyasi münasibətləri daha da kəskinləşdirib.
İzmedia.az
![]()

