Almaniyada siyasi böhran: Kansler Fridrix Merts istefa verə bilər

1 Min Read
Almaniyada hakim Xristian Demokrat İttifaqının (CDU) hakimiyyətə gəlməsindən bir il yarımdan az vaxt keçməsinə baxmayaraq, partiya ciddi reytinq itkisi ilə üzləşib. Birinci regional seçkilərdə ifrat sağçılara məğlub olan CDU, növbəti bazar günü Meklenburq-Ön Pomeraniya ştatında keçiriləcək səsvermədə tarixində ilk dəfə 5 faizlik parlamenti keçmə baryerini aşamamaq riski ilə qarşı-qarşıyadır.
“Politico” nəşrinin məlumatına görə, partiya daxilində artıq Kansler Fridrix Mertsin əvəzlənməsi variantı müzakirə olunur. Ötən həftə Mertsin şəxsi reytinqi 14%-ə, CDU/CSU blokunun dəstəyi isə rekordsuz 18%-ə geriləyib. Eyni zamanda, ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının reytinqi 29%-ə qalxıb. AfD iki həftə əvvəl Saksoniya-Anhaltda keçirilən seçkilərdə 44% səs toplayaraq CDU-nu böyük fərqlə geridə qoymuşdu.
ZDF telekanalı xəbər verir ki, Merts bazar günü axşamı CDU icra komitəsinin fövqəladə iclasını çağırıb. Seçki nəticələrinin bəlli olmasından sonra kansler partiya rəhbərliyi qarşısında dolayı etimad məsələsini qaldırmağı planlaşdırır. Rəhbərlik onun iqtisadi islahat proqramını dəstəkləməzsə, Merts əvəzedici namizədin seçilməsini tələb edəcək.
Bununla belə, dəstək almayacağı təqdirdə belə, yeni namizəd razılaşdırılana və koalisiya tərəfdaşı olan Sosial Demokratlarla danışıqlar yekunlaşana qədər Mertsin həftələrlə və ya aylarla vəzifəsində qala biləcəyi bildirilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş