BMT Baş Assambleyası çərçivəsində KƏŞ ölkələri regional gərginliyin azaldılmasını müzakirə ediblər

1 Min Read
Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin xarici işlər nazirləri BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Nyu-Yorkda koordinasiya görüşü keçiriblər.
Qətər Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, toplantıda regional təhlükəsizlik məsələləri, gərginliyin azaldılmasına yönəlmiş diplomatik təşəbbüslər və Yaxın Şərqdə sabitliyin bərqərar olunması üçün birgə addımlar diqqət mərkəzində olub. Nazirlər regional böhranların sülh yolu ilə həlli üçün diplomatik səylərin və beynəlxalq tərəfdaşlarla əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə həmçinin KƏŞ-ə üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlığın, siyasi və təhlükəsizlik sahəsində koordinasiyanın daha da dərinləşdirilməsi yolları nəzərdən keçirilib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş