Ekspert: “BMT Baş Assambleyasında Trampın Körfəz ölkələrinin liderləri ilə görüşləri diqqətdə saxlanılmalıdır”

1 Min Read

Qətər Universitetinin Körfəz siyasəti üzrə tədqiqatçısı Luçiano Zakkara ABŞ Prezidenti Donald Tramp ilə İran Prezidenti Məsud Pezeşkiyan arasında BMT Baş Assambleyası çərçivəsində görüşün keçiriləcəyi ilə bağlı iddiaların reallaşma ehtimalının az olduğunu bildirib.

Lakin ekspert “Al Jazeera” telekanalına müsahibəsində vurğulayıb ki, Trampın Nyu-Yorkda Körfəz Əməkdaşlıq Şurası liderləri ilə planlaşdırılan danışıqları Yaxın Şərqdə təxminən yeddi aydır davam edən münaqişənin gələcək gedişatına mühüm təsir göstərə bilər.

“Bu platforma növbəti addımların necə atılacağını müəyyənləşdirmək üçün əlverişli mekandır. ABŞ hərbi müdaxilə ilə iqtisadi təzyiqi birləşdirən eyni strategiyanı yürütməkdə davam edir, lakin bu yanaşma effektsizdir. Diqqət daha çox Trampın Körfəz liderləri ilə keçirəcəyi görüşlərə yönəlməlidir”, – deyə Zakkara qeyd edib.

Tədqiqatçı həmçinin Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Taninin böhranın yalnız diplomatiya vasitəsilə həll edilə biləcəyinə dair bəyanatını xatırladıb. Onun sözlərinə görə, Körfəz ölkələrinin rəhbərləri bu görüşlərdə regionda daimi sülhün bərqərar olunması üçün vacib olan şərtləri birbaşa Vaşinqtonun diqqətinə çatdıracaqlar.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş