İsrail ordusu işğal altındakı İordan çayının Qərb sahilində, Cenin şəhərinin cənubunda yerləşən Caba kəndində reyd keçirərək 3 fələstinlini həbs edib.
“Wafa” xəbər agentliyinin məlumatına görə, hərbçilər yaşayış evlərinə basqın edərək sakinlərin əmlakına zərər vurublar. Reyd zamanı iki həftə əvvəl həbsdən azad edilmiş 27 yaşlı Əbdül Rəhman Adel Qanemi saxlanılıb.
Caba kəndinin meri Məhəmməd əl-Bədəd bildirib ki, qanunsuz “Tarsala” məskəninin mühafizəçiləri, israil məskunları və əsgərlər fermer İsmayıl Avad İsmayıla və oğlu Makrama hücum ediblər. Hər iki şəxs saxlanılıb, onların traktoru müsadirə olunub.
Mer əlavə edib ki, İsrail qüvvələri kəndin giriş-çıxış yollarını bağlayaraq yerli sakinlərin hərəkətinə məhdudiyyətlər tətbiq edib.
İzmedia.az
![]()

